Bu ilin oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında quraşdırılmış POS-terminalların sayı 1 689 olub.
Bu barədə “Report” muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verib.
Bildirilir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 187 ədəd və 12,4 % çoxdur.
Xatırladaq ki, 1 oktyabr 2021-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 502 olub.