Bakı. 7 noyabr. REPORT.AZ/ Noyabrın 6-da “Muğan Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
Bu barədə “Report” Banka istinadən xəbər verir.
Məlumata görə, yığıncaqda “Muğan Bank”ın nizamnamə kapitalının 10 mln. manat və yaxud 11,76% artırılaraq 85 mln. manatdan 95 mln. manata çatdırılması barədə qərar qəbul edilib.