“Muğan Bank”ın mənfəəti kəskin azalıb

“Muğan Bank” ASC bu ilin I rübünü 103 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 96,6 % və yaxud 29,3 dəfə azdır.

Yanvar-mart aylarında “Muğan Bank”ın gəlirləri 18,277 milyon manat (illik müqayisədə 8,9 % az), xərcləri 18,128 milyon manat (19,1 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 47 min manat (39 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Muğan Bank”ın aktivləri 739,824 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,6 % çoxdur. Bunun 416,702 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,8 % böyüyüb.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 14 % artaraq 646,566 milyon manata, o cümlədən depozit portfeli 31,5 % artaraq 428,019 milyon manata çatıb, balans kapitalı isə 2,3 % azalaraq 93,258 milyon manata düşüb.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 107,5 milyon manatdır. Bankın səhmlərinin 67,74%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 11,58%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 10,65%-i Vəfa Əhməd qızı Vəliyevaya, 10,03%-isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Digər xəbərlər