“Muğan Bank” ASC 2022-ci ili 57 min manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 96,3 % azdır.
Ötən il “Muğan Bank”ın gəlirləri 86,012 milyon manat (əvvəlki illə müqayisədə 37,2 % çox), xərcləri 69,449 milyon manat (13,4 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 16,506 milyon manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Muğan Bank”ın aktivləri 799,338 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,8 % çoxdur. Bunun 447,409 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,7 % böyüyüb.
Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 14,5 % artaraq 706,158 milyon manata, o cümlədən depozit portfeli 23,9 % artaraq 491,756 milyon manata, balans kapitalı isə 1,3 % artaraq 93,18 milyon manata çatıb.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 107,5 milyon manatdır. Bankın səhmlərinin 67,74%-i Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), 11,58%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 10,65%-i Vəfa Əhməd qızı Vəliyevaya, 10,03%-isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.