ABŞ bankı “Morgan Stanley” peyvənd olunmamış əməkdaşlarını işə buraxmayacaq

ABŞ-ın investisiya bankı “Morgan Stanley” iyulun 1-nə qədər tam peyvənd olunmamış əməkdaşlarını iyulun 12-dən Nyu-York şəhərindəki ofisinə işə buraxmayacaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı işçilərə Bankın idarəedici direktoru xəbərdarlıq edib.

Xatırladaq ki, ABŞ-ın digər investisiya bankı “Goldman Sachs” da bir qədər əvvəl əməkdaşlarına işə qayıtmazdan əvvəl peyvənd olunmaq barədə tələb qoyub.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46