Bakı. 6 iyul. REPORT.AZ/ "Moody's” – beynəlxalq reytinq agentliyi “Xalq Bank” ASC-nin yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “B3” səviyyəsində təsdiq edib.
“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
"Moody's” Bankın reytinqi üzrə proqnozunu isə “Mənfi”dən “Müsbət”ə dəyişib.
Agentlik qarşıdakı 12-18 ay ərxində ölkədə yeni kreditlərə tələbatın az olacağını nəzərə alaraq “Xalq Bank”ın riskli aktivlərinin artımının azalacağını, gəlirliliyini saxlayacağını proqnozlaşdırır.