Bakı. 24 oktyabr. REPORT.AZ/ Moody's beynəlxalq reytinq agentliyi “Kapital Bank”ASC-nin yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini "Ba3" səviyyəsində təsdiqləyib.
“Report” bu barədə agentliyin rəsmi məlumatına istinadən xəbər verir.
Həmçinin, agentlik bankın reytinq üzrə proqnozunu mənfidən stabilə dəyişib. Bankın reytinqinin təsdiqi və proqnozun sabitliyə dəyişməsi “Kapital Bank”ın xarici şoklara qarşı ödəmə qabiliyyətinin davamlılığını əks etdirir.