Bakı. 22 oktyabr. REPORT.AZ/ Moody's Beynəlxalq Reytinq Agentliyi “Bank Respublika”nın reytinq üzrə proqnozunu iki pillə birdənyüksəldərək «Pozitiv” dərəcəsinə qaldrıdı, eləcə dəyerli və xarici valyutada uzunmüddətliöhdəliklər reytinqini təsdiqlədi.
Agentliyinanalitikləri reytinq üzrə proqnozun yüksəlməsini bankın ödəmə qabiliyyətinin,xüsusilə kapitalın adekvatlığı üzrə göstəricilərinin yaxşılaşması ilə əlaqələndirir.Bunun səbəbi gəlirlərin artması, cari ildə yerli səhmdar və ardınca xarici səhmdarolan Almaniya İnvestisiya və İnkişaf Cəmiyyəti (DEG) tərəfindən kapitalınartırılmasıdır.
Bundan əlavə,reytinq agentliyi yeni bank kreditlərinin daha keyfiyyətli olması, iqtisadiartımın bərpası, inflyasiyanın yavaşlaması və yerli valyutanın sabitliyini əsasgötürərək, 2019-cu ildə “Bank Respublika”nın aktivlərinin keyfiyyəti vərentabelliyinin yaxşılaşmasını gözləyir.
"Moody's tərəfindən"Sabit" reytinq proqnozunun adlayıb “Neqativdən”-dən birbaşa “Pozitiv”ə yüksəltməsi Bankın seçdiyi inkişaf strategiyasının uğurla həyatakeçiriildiyini təsdiqləyir"- deyə Müşahidə Şurasının sədri Şakir Rəhimovbildirdi. “Bank Respublika fəaliyyətinin bütün sahələrində əhəmiyyətli irəliləyişəldə edib. Bu səbəbdən, ötən il ərzində əldə edilmiş nəticələri obyektiv şəkildəqiymətləndirsək, biz əminliklə deyə bilərik ki, yaxın gələcəkdə siz bankın yeniuğurlarına şahid ola biləcəksiniz.
Ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook səhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.