“MJ Financial Services” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 1,859 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 10,1 % çoxdur.
Ötən il “MJ Financial Services”in vergiyəqədərki mənfəəti 2,327 milyon manat (əvvəlki ilə nisbətən 10,2 % çox), mənfəət vergisi ödəmələri isə 468 min manat (10,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “MJ Financial Services”in aktivləri 12,95 milyon manat olub ki, bu da illik müqayisədə 4,3 % çoxdur. Bunun 12,395 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 20223-cü ildə BOKT-un kredit portfeli 6,3 % böyüyüb.
Hesabat dövründə “MJ Financial Services”in öhdəlikləri 6 % azalaraq 9,795 milyon manata düşüb, balans kapitalı isə 58,1 % artaraq 3,155 milyon manata çatıb.
Xatırladaq ki, “MJ Financial Services” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri isə Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%).