Minatəmizləmə Agentliyi sığortaçı seçib

Minatəmizləmə Agentliyi avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.

Qalib şirkətə 13 358 manat ödəniləcək.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06