Milli Depozit Mərkəzində “Euroclear” təşkilatının nümayəndələri ilə görüş keçirilib

Bakı. 1 fevral. REPORT.AZ/ Milli Depozit Mərkəzində (MDM) “Euroclear” təşkilatının nümayəndələri - Yuliya Çernogorova və Migel Fereyra ilə görüş keçirilib.

“Report” MDM-ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparılıb. Təşkilatlar arasında əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə MDM-in “Euroclear”da hesab açılmasına dair məsələlər ətraflı müzakirə edilib.

Qeyd edək ki, “Euroclear” 1968-ci ildə təsis edilmiş, dünyanın ən iri beynəlxalq depozitar institutlarından biridir və 90-dan artıq ölkədə yerləşən təşkilatlara xidmət göstərir.

Digər xəbərlər