Mikayıl Cabbarov: "Sosial siğorta üzrə büdcəyə daxilolmalar 19,2 % artıb"

2022-ci ildə sosial siğorta haqları üzrə Azərbaycan büdcəsinə daxilolmalar əvvəlki illə müqayisədə 19,2 % artaraq 4 milyard 586,3 milyon manata çatıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

O vurğulayıb ki, bu, əmək bazarında leqallaşma və əmək haqqı fondunun “ağarması” prosesi şəraitində olub: “Bu müddətdə işsizlikdən siğorta üzrə daxilolmalar isə 19 % artaraq 160,2 milyon manat təşkil edib”.

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22