MİDA auditor seçir

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini dekabr 9-u, saat 16:35-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46