“MFX-Trading İnvestisiya Şirkəti”nin zərəri 39 % artıb

“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2022-ci ili 304 min manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 39,4 % çoxdur.

Bu il yanvarın 1-nə “MFX-Trading"in aktivləri 388 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,9 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 48,3 dəfə artaraq 193 min manat, balans kapitalı isə 60,9 % azalaraq 195 min manat, o cümlədən nizamnamə kapitalı 54 % artaraq 770 min manat olub.

Xatırladaq ki, "MFX-Trading" 2020-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 960 min manatdır. İnvestisiya şirkətinin təsisçiləri Anar Nəbiyev, Cəmşid Novruzov və Zərifə Həsənovadır.

Digər xəbərlər