Azərbaycan Mərkəzi Bankının yenicə lisenziya verdiyi “MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin 500 min manatlıq nizamnamə kapitalı hər birinin nomnal dəyəri 200 manat olan 2 500 ədəd səhm əsasında formalaşıb.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
Xatırladaq ki, “MFX-Trading İnvestisiya Şirkəti” bu ilin avqust ayında yaradılıb.