“MFX-Trading İnvestisiya Şirkəti” maliyyə vəziyyətini açıqlayıb

“MFX-Trading İnvestisiya Şirkəti” ASC 2024-cü ili 713 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2023-cü ildən 143 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, bu il yanvarın 1-nə “MFX-Trading"in aktivləri 1,105 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur.

Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 100 % azalıb, balans kapitalı isə 4,6 dəfə artaraq 1,105 milyon manata, o cümlədən nizamnamə kapitalı 15,6 % artaraq 1,11 milyon manata çatıb.

Xatırladaq ki, "MFX-Trading" 2020-ci ildə yaradılıb. Şirkətin yeganə səhmdarı Samir Xəlilovdur.

Digər xəbərlər