"Merkuri" BOKT nizamnamə kapitalını artırır

"Merkuri" QSC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 510 260 manat və yaxud 62 % artıraraq 823 000 manatdan 1 333 260 manata çatdırmağı planlaşdırır.

"Report" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 8 230 manat olan 62 ədəd yeni səhm buraxılacaq.

Xatırladaq ki, "Merkuri" 2012-ci ildə yaradılıb. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.

Digər xəbərlər