“Merkuri” BOKT-nin aktivləri 26% artıb

“Merkuri" MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 25,5% artaraq 3,493 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Merkuri"nin müştərilərə verdiyi xalis kreditlər isə 25,85% artaraq 3,126 milyon manat olub.

Hesabat dövründə "Merkuri"nin cəmi öhdəlikləri 32,1% artaraq 2,654 milyon manata, cəmi kapitalı isə 8,3% artaraq 838 min manata çatıb.

“Merkuri” 2018-ci ili 64 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 7 min manat zərərlə çıxmışdı. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46