Mərkəzi Bankın depozit hərracında tələb daha da artıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 15 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 45 mln. manat təşkil edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,00% olub.

Qeyd edək ki, bu, yeni ildə keçirilən ikinci depozit hərracıdır. Bu ilki ilk hərracda da AMB tərəfindən 15 mln. manat cəlb olunub. Tələb isə 30 mln. manat təşkil edib.

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22