Mərkəzi Bank depozit hərracında 150 mln. manat cəlb edib

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı(AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 196,5 mln. manat təşkil edib. 

"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 14,73% olub. Real tələbat faktiki təklifi 31% üstələyib.

Digər xəbərlər