2021-ci il ildə xarici nəzarət tədbirləri ilə yanaşı, planlaşdırılan hərtərəfli yoxlamaların qrafikinə uyğun olaraq Azərbaycan Mərkəzi Bankı 3 sığorta və 1 təkrarsığorta şirkətində növbəti hərtərəfli yoxlamalar keçirib.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Məlumata görə, yoxlamalar nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılması üzrə sığortaçılara müvafiq təqdimatlar verilib və onların icrasına nəzarət olunub.
Hərtərəfli yoxlamalar, eyni zamanda sığorta vasitəçiləri üzrə də həyata keçirilib.
Belə ki, il ərzində bir sığoirta və təkrarsığorta brokerində növbəti yoxlama keçirirlib.
Qeyd edək ki, hazırda Azərbaycanın sığorta bazarında 20 sığorta, bir təkrarsığorta şirkətləri fəaliyyət göstərir. Onlardan 5-i həyat, 15-si isə qeyri-həyat sığorta şirkətidir.
2021-ci il ərzində sektor üzrə ümumi sığorta haqları 844 milyon manat, sığorta ödənişləri isə 459 milyon manat təşkil edib.