“Meqa Sığorta”nın xalis mənfəəti 4 % azalıb

“Meqa Sığorta” ASC 2022-ci ili 3,778 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,6 % azdır.

Ötən il “Meqa Sığorta”nın gəlirləri 23,5 milyon manat (əvvəlki ilə nisbətən 9,1 % az), xərcləri 18,789 milyon manat (10,3 % az), mənfəət vergisi ödəmələri isə 934 min manat (4,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Meqa Sığorta”nın aktivləri 43,513 milyon manat olub ki, bu da illik müqayisədə 6,8 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 30,5 % azalaraq 13,12 milyon manata düşüb, balans kapitalı isə 9,3 % artaraq 30,393 milyon manata çatıb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.

Digər xəbərlər