Məcburi köçkünlər üçün 7 milyon manatlıq məktəb tikilir

Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış məhəlləsində 1 200 şagird yerlik məktəb binasının tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Minera” MMC-dir.

Qalib şirkətə 7,2 milyon manat ödəniləcək.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23