Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə Gürcüstan regional haba çevrilir.
"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB prezidenti Masatsuqu Asakava Gürcüstanın paytaxtında Bankın 57-ci illik toplantısı çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Gürcüstanın regional əməkdaşlığı yüksək qiymətləndirilir. Ədalətli tərəfdaşlıq qurmağımız vacibdir”, - o bildirib.
M.Asakavanın sözlərinə görə, ADB-nin Gürcüstanla ölkə tərəfdaşlığı strategiyası üç əsas istiqaməti əhatə edir: iqtisadi inkişaf, sosial inkişaf və insan kapitalı, dövlət idarəçiliyinin inkişafı.
ADB prezidenti regional əməkdaşlıq səyləri barədə ciddi düşünməyə çağırıb.