Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyinə məxsus “Məlumat Hesablama Mərkəzi” MMC-yə yeni direktor təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifə Elçin Məmmədova həvalə olunub.

O, bu vəzifədə Elnur İbrahimovu əvəzləyib.

Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 6 min manatdır.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46