Bu ilin I yarısında Maliyyə Nazirliyi 83 təşkilatda nəzarət tədbirlərini başa çatdırıb.
"Report" xəbər verir ki, bu barədə nazirliyin yarım illik hesabatında bildirilir.
Sənədə əsasən, nəzarət tədbirlərinin 51-i hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar əsasında, 32-si isə plandankənar yoxlamalar əsasında aparılıb.
Hesabat dövründə nəzarət tədbirləri çərçivəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib, 2,6 milyon manat vəsaitin isə ilkin maliyyə nəzarəti ilə israfının qarşısı alınıb.