"Ləman Kredit İttifaqı”ın zərəri 37 % artıb

“Ləman Kredit İttifaqı” MMC 2022-ci ili 8 min manat zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 36,5 % çoxdur.

Bu il yanvarın 1-nə “Ləman Kredit İttifaqı”nın aktivləri 1,387 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2 % çoxdur. Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 2,9 % artaraq 1,213 milyon manat, balans kapitalı isə 3,9 % azalaraq 174 min manat, o cümlədən nizamnamə kapitalı 0,4 % artaraq 290 min manat olub.

Xatırladaq ki, “Ləman Kredit İttifaqı” 1999-cu ildə yaradılıb, Ağsuda fəaliyyət göstərir.

Digər xəbərlər