“Ləman Kredit İttifaqı” MMC 2021-ci ili 6 min manat zərərlə başa vurub.
“Report” kredit ittifaqının maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,7 dəfə azdır.
Bu il yanvarın 1-nə “Ləman Kredit İttifaqı”nın aktivləri 1,36 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,2 % azdır. Hesabat dövründə kredit təşkilatının öhdəlikləri 2,3 % azalaraq 1,179 milyon manata, balans kapitalı isə 2,2 dəfə azalaraq 181 min manata, o cümlədən nizamnamə kapitalı 42,2% azalaraq 289 min manata düşüb.
Xatırladaq ki, “Ləman Kredit İttifaqı” 1999-cu ildə yaradılıb, Ağsuda fəaliyyət göstərir.