Yanvarın 19-da, saat 12:00-da Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,245 milyon manatdır.