Bakı. 3 yanvar. REPORT.AZ/ Latviyada yanvarın 1-dən etibarən fiziki şəxslərin 7 200 avronu keçən nağd hesablaşmalarına məhdudiyyət qüvvəyə minib.
Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.
"Məsələn, əgər qardaş bacısına maşın almaq üçün 7 500 avro vermək istəyirsə, yanvarın 1-dən etibarən artıq onun buna ixtiyarı yoxdur. Qanuna əsasən, 7 200 avro nağd, qalan 300 isə nağdsız yollarla verilə bilər".
Bu qaydanın pozulmasına görə inzibati məsuliyyət deyil, əməliyyat məbləğindən asılı olaraq 15% cərimə nəzərdə tutulur.