"Kürdəmir Tikinti Mexanikləşdirmə" BFB-də listinqə qəbul edilib

Bakı. 29 iyul. REPORT.AZ/ Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kürdəmir Tikinti Mexanikləşdirmə” ASC BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, səhmlərin ilkin ticarət qiyməti 2 manat, ticarətə buraxılan qiymətli kağızların sayı 27 677 ədəd təşkil edir.

Ticarət əməlıyyatlarına avqustun 1-dən başlanılacaq.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23