​Kristin Laqard: "Beynəlxalq Valyuta Fondu Azərbaycana kömək etməyə hazırdır"

Bakı. 5 fevral. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan və Nigeriyaya köməklik göstərəcəyini istisna etmir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu BVF-nin rəhbəri Kristin Laqard bildirib.

"Əgər onlara kömək lazımdırsa, biz heç bir problem olmadan bunu etməyə hazırıq", — deyə o söyləyib.

Laqard qeyd edib ki, hər iki ölkə neft ixracından asılıdır, bu səbəbdən qiymətlərin kəskin düşməsi fonunda şok yaşayıblar.

BVF hesab edir ki, Azərbaycan iqtisadi problemlərin öhdəsindən gələcək.

Digər xəbərlər