"Kredit Servis" BOKT-un aktivləri 4 %-ə yaxın azalıb

"Kredit Servis" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 65 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 30 % çoxdur.

Ötən il "Kredit Servis"in vergiyəqədərki mənfəəti 79 min manat (əvvəlki ilə nisbətən 25,4 % çox), mənfəət vergisi ödəmələri isə 14 min manat (7,7 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Kredit Servis"in aktivləri 1,397 milyon manat olub ki, bu da illik müqayisədə 3,5 % azdır. Bunun 825 min manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 13,8 % kiçilib.

Hesabat dövründə "Kredit Servis"in öhdəlikləri 2,3 dəfə azalaraq 43 min manata, balans kapitalı isə 0,2 % artaraq 1,354 milyon manata düşüb.

Xatırladaq ki, "Kredit Servis" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,283 milyon manatdır.

Digər xəbərlər