"Kredit Servis" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 250 700 manat və yaxud 19,55 % azaldıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, BOKT-un kapitalı 1 282 934 manatdan 1 032 234 manata düşüb.
Xatırladaq ki, "Kredit Servis" 2011-ci ildə yaradılıb.