“Kredit Evi”nin səhmlərinə 2 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda lombard fəaliyyəti ilə məşğul olan “Kredit Evi” ASC-nin adi, sənədsiz, adlı 400 min manatlıq səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 20 manat olan 20 000 ədəd səhm standard bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 2 investor 400 min manatlıq 2 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub, şirkətin nizamnamə kapitalı 400 min manat və yaxud 101 dəfə artaraq 4 min manatdan 404 min manata çatıb.

Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Digər xəbərlər