Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) lombard fəaliyyəti ilə məşğul olan “Kredit Evi” ASC-nin 1 milyon manat faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd istiqraza 50 investor 1 milyon manatlıq 50 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 17 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Paşa-Kapital İnvestisiya Şirikəti" QSC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.