“Kredex” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 10,2% artaraq bu il yanvarın 1-nə 488 min manat təşkil edib.
“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Kredex"in müştərilərə verdiyi xalis kreditlər isə 14,2% artaraq 443 min manata çatıb.
Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri 24,9% artaraq 396 min manat, cəmi kapitalı isə 27% azalaraq 92 min manat olub.
“Kredex” 2018-ci ili 33 min manat zərərlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 29,8% azdır.