“Kəpəz” BOKT-nin aktivləri 5 dəfədən çox artıb

Bakı. 6 mart. REPORT.AZ/ “Kəpəz” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 5,3 dəfə artaraq bu il yanvarın 1-nə 1,414 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Kəpəz"in müştərilərə verdiyi xalis kreditlər 6,8 dəfə artaraq 1,338 mln. manata çatıb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 344 dəfə artaraq 1,032 mln. manat, cəmi kapitalı isə 43,6% artaraq 382 min manat olub.

“Kəpəz” 2018-ci ili 116 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2017-ci ildən 38 min manat zərərlə çıxmışdı. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46