Azərbaycanda ötən il 3,5 min ədəd saxta əskinas dövriyyədən çıxarılıb

Keçən il iqtisadi fəaliyyət sahəsinə aid cinayətkar qəsdlərə qarşı aparılan mübarizə tədbirləri ilə qeyri-leqal dövriyyədən müxtəlif nominalda 3,5 min ədəd saxta əskinas çıxarılıb.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Bundan başqa, ötən il istifadə müddəti ötmüş 6,3 min ton yeyinti məhsulu və tikinti materialı satışdan çıxarılıb.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46