Bakı. 10 may. REPORT.AZ/ “Kapital Menecment İnvestisiya Şirkəti” ASC-yə yeni direktor təyin edilib.
“Report” xəbər verir ki, bu, “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC-nin keçmiş direktoru Mansur Məmmədovdur.
O, yeni vəzifəsində Ruslan Cəfərovu əvəz edib.
Xatırladaq ki, “Kapital Menecment”in keçmiş direktoru hazırda “BTB Kapital İnvestisiya Şirkəti” QSC-yə rəhbərlik edir.