“Kapital Bank”ın xalis mənfəəti 56 % artıb

“Kapital Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 210,609 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 55,8 % çoxdur.

9 ay ərzində “Kapital Bank”ın gəlirləri 732,82 milyon manat (illik müqayisədə 31 % çox), xərcləri 393,259 milyon manat (37,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 71,816 milyon manat (28,8 % az), mənfəət vergisi ödəmələri isə 57,136 milyon manat (55,5 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Kapital Bank”ın aktivləri 7 721,463 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 30,5 % çoxdur. Bunun 2 855,233 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 34,6 % böyüyüb.

Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 31,8 % artaraq 7 005,39 milyon manata, o cümlədən depozit portfeli 35,6 % artaraq 6 180,921 milyon manata, balans kapitalı isə 19,3 % artaraq 716,073 milyon manata çatıb.

Digər xəbərlər