“Kapital Bank” ASC əvvəlcədən elan etdiyi kimi, "Bakı Fond Birjası" QSC-də (BFB) 100 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.
Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək, 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Paşa Kapital İnvestisiya Şirikəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.