Aprelin 11-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanında yerləşən inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə "Kapital Bank"ın 2024-cü il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.