Sentyabrın 25-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşən inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə 2024-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.