Bu il iyulun 1-nə "Kapital Bank" ASC-nin 198 adi və 77 imtiyazlı səhmdarı olub.
"Report" bu barədə Bankın yarım illik idarəetmə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, son 1 ildə "Kapital Bank"ın adi səhmdarlarının sayı 1 vahid və yaxud 0,5 % azalıb, imtiyazlı səhmdarlarının sayı isə dəyişməyib.
Adi səhmdarların sayında azalma səhm sahibi olan fiziki şəxslərin sayının 1 nəfər və yaxud 0,5 % azalaraq 196-ya düşməsi, hüquqi şəxslərin sayının isə dəyişməyərək 2 qalması bağlıdır. İmtiyazlı səhmlər isə ötən il iyulun 1-nə olduğu kimi 71 fiziki və 6 hüquqi şəxsə məxsusdur.
Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.