İsveçrə Milli Bankı uçot dərəcəsini artırıb

İsveçrə Milli Bankı (ölkənin mərkəzi bankıdır) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 1 %-dən 1,5 %-ə çatdırıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu addım inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində atılıb, sayca 4-cü faiz artımıdır.

Hazırda İsveçrədə uçot dərəcəsi 2008-ci ildən bəri ən yüksək həddədir.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46