"İstehlak Mallarının Ekspertizası Mərkəzi" auditor seçib

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "BKR İşık Konsaltinq" MMC-dir.

Qalib şirkətə 4 249 manat ödəniləcək.

Ötən il də bu sorğunun qalibi "BKR İşık Konsaltinq" olub. Şirkətə 4 700 manat ödənilib.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46