Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2024-cü ildə gözlənilən 238 milyon manat məbləğində gəlirlərinin 180 milyon manatı və yaxud 75,6 %-i işsizlikdən sığorta haqlarının hesabına formalaşacaq.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2024-cü il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2023-cü ilin gözlənilən icrası ilə müqayisədə 6,1 % azdır.
Gələnilki gəlirlərin 57,9 milyon manatını (13,7 % az) əvvəlki ilin sonuna istifadə olunmamış vəsait, 0,1 milyon manatını (eyni qalıb) isə sair gəlirlər təşkil edəcək.