"İsmayıl Kredit İttifaqı" MMC 2021-ci ili 6 min manat xalis zərərlə başa vurub.
“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Bu il yanvarın 1-nə "İsmayıl Kredit İttifaqı"nın aktivləri, həm də balans kapitalı 153 min manat təşkil edib. Kredit təşkilatının öhdəlikləri yox dərəcəsində olub.
Xatırladaq ki, "İsmayıl Kredit İttifaqı" 2009-cu ildə yaradılıb, Lənkəranda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 150 min manatdır.