İran Milli Bankının Bakı filialı 2024-cü ili 7,716 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 99,3 % çoxdur.
Ötən il İran bankının gəlirləri 5,03 milyon manat (illik müqayisədə 48,1 % çox), xərcləri 2,369 milyon manat (3,8 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 6,624 milyon manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,569 milyon manat (3,2 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə İran bankının aktivləri 119,106 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,2 % azdır. Bunun 1,496 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 63,3 % və yaxud 2,7 dəfə kiçilib.
Hesabat dövründə İran bankının öhdəlikləri 13 % azalaraq 70,165 milyon manata, o cümlədən depozit portfeli 19,1 % azalaraq 35,596 milyon manata düşüb, balans kapitalı isə 18,9 % artaraq 48,941 milyon manata çatıb.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.